Gənc futbolçuya Premyer Liqadan təklif var
08.07.2024 - 15:15
Gənc futbolçuya Premyer Liqadan təklif var

“Neftçi”nin yarımmüdafiəçisi, U-21 yığmamızın əsas kapitanı Fərid Yusifli növbəti sezona yeni komandada başlaya bilər. 

Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin xidmətində “Şamaxı” maraqlıdır. Belə ki, ötən mövsüm Birinci Liqada çempion olaraq Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi Yusiflini icarəyə götürməyi planlaşdırır.

Ayxan Abbasov “Neftçi”nin futbolçusunu bir illik sərəncamında görmək istəyir. 

Qeyd edək ki, Fərid Yusifli ötən mövsümün qış fasiləsindən sonra Ayxan Abbasovla “Turan Tovuz”da işləmişdi.
 
 

writer photo
Əlirza Əlirzalı
0