Mourinyo PSJ-də?
08.05.2023 - 13:23
Mourinyo PSJ-də?

Joze Mourinyo mövsümün sonunda “Roma”nı tərk edə bilər.

Apasport.az saytı xəbər verir ki, portuqaliyalı məşqçi PSJ-ni çalışdırmağa yaxındır.

Artıq Paris klubunun idman müşaviri Luis Kamposla məşqçinin agenti Xorxe Mendeş arasında ilkin danışıqlar olub. 60 yaşlı Mourinyonun da Kamposla yaxşı münasibətləri olduğundan keçidin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, “Roma” bu mövsüm portuqaliyalının rəhbərliyi altında A seriyasında 34 matça çıxıb. Son 5 oyunda cəmi 5 xal toplayan paytaxt klubu 58 xalla 7-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0