Georgi Kondratyev: “Epizodlara baxanda heyrətə gəlirəm”
13.06.2022 - 22:14
Georgi Kondratyev: “Epizodlara baxanda heyrətə gəlirəm”

“Hər iki komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik”.

Apasport.az saytının məlumatına görə, bunu Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev Millətlər Liqasının qrup mərhələsinin IV turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

62 yaşlı mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları “Dalğa Arena”dakı görüşdən sonra mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Keçmiş hücumçu kimi, epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslardan istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm. Ancaq komandaların səviyyəsi oyun keyfiyyəti baxımından bərabərdir”.

Çalışdırıcı matçdan əvvəl Azərbaycan yığmasını təhlil etdiklərini sözlərinə əlavə edib: “Azərbaycan sürətli və qısa ötürmələrlə çıxış edir. Hətta Mahir Emrelinin sol ayağının üstün olduğunu da bilirdik. Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik”. 

Baş məşqçi ev oyunlarını Serbiyada keçirmələrinin onlara mənfi təsir göstərdiyini etiraf edib: “Bunun bizə təsiri oldu. Evdən kənarda oynamaq çox çətindir”.
 

writer photo
Əlirza Əlirzalı
0