Güləş üzrə Azərbaycan çempionatı başlayır
19.12.2022 - 11:57
Güləş üzrə Azərbaycan çempionatı başlayır

Dekabrın 20-dən 23-dək güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında baş tutacaq yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.

Dekabrın 20-də saat 16:00-da çempionatın açılış mərasimi keçiriləcək. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək.

Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.

Qeyd edək ki, medallar uğrunda qarşılaşmalar hər gün saat 16:30-dan etibarən İdman TV vasitəsi ilə canlı yayımlanacaq. Arenaya giriş sərbəstdir.
 

writer photo
Əlirza Əlirzalı
0