Millimizin futbolçusu Mahir Emreli Türkiyə Superliqa klubu "Konyaspor"a keçməyə yaxındır.
Apasport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, "Konyaspor" bu transfer üçün Emreli ilə anlaşıb. Kiçik problemlər həll olunduqdan sonra imza mərhələsinə keçiləcək.
25 yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürüləcək. Müqavilədə mövsümün sonunda "Konyaspor"un Mahiri transfer etmək hüququ olan bənd də yer alacaq.
Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 20 matça 5 qol vurub. O, cari mövsüm Çempionlar Liqası və Xorvatiya çempionatında 10 matça 3 qol vura bilib.
Onu da bildirək ki, Türkiyədə qış transfer pəncərəsinin müddəti zəlzələ səbəbindən fevralın 18-dək uzadılıb. "Konyaspor" hazırda 27 xalla 8-ci sıradadır.