Gülnar Məmmədova Özbəkistandakı turnirdə
08.03.2023 - 16:05
Gülnar Məmmədova Özbəkistandakı turnirdə

Özbəkistanın paytaxtı Daşkənddə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.

Apasport.az xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır.

Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra yarış cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Şahmatçımız 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.

9 turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır. Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.

writer photo
Əlirza Əlirzalı
0