Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"
13.08.2024 - 09:22
Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"

“Çox gözəl qarşılanma oldu. Vətənə medalla qayıtdığıma görə çox sevincliyəm. Qızıl üçün getmişdim. Amma qızıl olmadı”.

Bu sözləri apasport.az-a açıqlamasında “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış güləşçisi Həsrət Cəfərov deyib.

“Gələn olimpiadalarda daha yaxşı hazırlaşıb, bayrağımızı daha da yüksəklərə dalğalandıracam. Şükür ki, medalsız qalmadım”.

writer photo
Əlirza Əlirzalı
0