Hidayət Heydərov reytinq cədvəlinə liderlik edir
01.08.2024 - 12:46
Hidayət Heydərov reytinq cədvəlinə liderlik edir

Azərbaycan idmançılarının avqustun 1-nə olan reytinq cədvəli açıqlanıb. 

Apasport.az xəbər verir ki, siyahıya Olimpiya Çempionumuz Hidayət Heydərov başçılıq edir. O, 150 xal toplayaraq ümumi xallarını 650-ə çatdırıb. 

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) ikinci, idman gimnastı Nikita Simonov (430 xal) isə üçüncüdür.

Reytinq cədvəlində il "onluq" belədir: 

1. Hidayət Heydərov (Cüdo) - 600 xal
2. Qrup hərəkətləri komandası (Bədii gimnastika) - 510 xal
3. Nikita Simonov (Kişi idman gimnastikası) - 430 xal
4. Zöhrə Ağamirova (Bədii gimnastika) - 340 xal
5. Zelim Kotsoyev (Cüdo) - 330 xal
6. Rəşid Məmmədəliyev (Cüdo) - 295 xal
7. Balabay Ağayev (Cüdo) - 290 xal
8. Elcan Hacıyev (Cüdo) - 290 xal
9. Yaşar Nəcəfov (Cüdo) - 290 xal
10. Leyla Əliyeva (Cüdo) - 280 xal

writer photo
Əlirza Əlirzalı
0