Höccətin Türkiyəyə transferinə nə əngəl olub?
20.08.2024 - 11:32
Höccətin Türkiyəyə transferinə nə əngəl olub?

Türkiyənin "Boluspor" klubu heyətini azərbaycanlı futbolçu ilə gücləndirməyi planlaşdırırmış.

Apasport.az saytına verilən məlumata görə, Türkiyə klubu Azərbaycan milli komandasının və "Neftçi"nin üzvü Höccət Haqverdinin xidmətində maraqlı olub.

Hətta keçidin yayda reallaşma ehtimalı böyük olub. Klub rəhbərliyi və baş məşqçi onun oyunlarının videolarını da izləyib, haqqında müsbət qərarlar verib.

Lakin sonda bu keçid baş tutmayıb. Buna səbəb isə legioner limiti olub.

Belə ki, ötən mövsüm türk dövlətlərinin vətəndaşı olanlar Türkiyə Super Liqası və Birinci Liqasında yerli statusu ilə oynayırdısa, bu mövsümdən legioner kimi hesab olunmağa başlayıblar. Məhz bu səbəbdən Höccət "Neftçi"də qalıb.

Türkiyə klubu isə heyətini türkiyəli oyunçu ilə gücləndirməyə məcbur qalıb. 

writer photo
Əlirza Əlirzalı
0