Benzema, Kante və Jota...
04.07.2023 - 01:51
Benzema, Kante və Jota...

“Əl-İttihad” portuqaliyalı hücumçu Jota Neveşi transfer edib.

Apasport.az-ın məlumatına görə, “Seltik” bu keçiddən 30 milyon avro qazanıb.

Jota ilə 2026-cı il iyunun sonunadək müqavilə imzalanıb. Forvard Şotlandiya çempionatının son mövsümündə 15 qol və 12 ötürmə ilə yadda qalıb. 24 yaşlı futbolçunun klubla 2027-ci ilədək müqaviləsi olsa da, sərfəli təklifdən imtina olunmayıb. 

Qeyd edək ki, “Əl-İttihad” Kərim Benzema və Nqolo Kanteni də heyətinə cəlb edib.
 

writer photo
Əlirza Əlirzalı
0