İdmançımız İtaliyada 2-ci oldu
26.02.2024 - 10:23
İdmançımız İtaliyada 2-ci oldu

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev İtaliyanın Merano şəhərində təşkil olunan Martin Barriçellinin xatirəsinə həsr edilən yarışda uğurla çıxış edib.

Apasport.az xəbər verir ki, təmsilçimiz beynəlxalq turnirdə ikinci yeri tutub.

O, iki proqramın cəmində 228,57 xal toplayıb. Vladimir qısa proqramda 3-cü, sərbəst çıxışda 2-ci yeri tutub. İdmançımız yarışın qalibi olan italiyalı Nikolay Memoladan 27,67 xal geri qalıb.

writer photo
Əlirza Əlirzalı
0