Abdullah Avcı yenidən “Trabzonspor”da
12.10.2023 - 14:49
Abdullah Avcı yenidən “Trabzonspor”da

“Trabzonspor”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb.

Super Liqa klubunu Abdullah Avcı çalışdıracaq. Mütəxəssislə müqavilə imzalanıb. Anlaşmanın müddəti açıqlanmayıb. O, bu gün istefaya göndərilən Nenad Byelitsanı əvəzləyib.

Qeyd edək ki, Avcı ikinci dəfə “Trabzonspor”un baş məşqçisi təyin edilib. O, komanda ilə Super Liqa çempionluğu və iki Superkubok qazanıb.

writer photo
Əlirza Əlirzalı
0