İtaliya millisinin sabiq qapıçısı idman direktoru olub
25.07.2024 - 12:20
İtaliya millisinin sabiq qapıçısı idman direktoru olub

İtaliyalı keçmiş qapıçı Canluici Buffona yeni iş verilib.

Apasport.az xəbər verir ki, sabiq qolkiper İtaliyanın əsas və gənc milli komandalarının idman direktoru olacaq.

46 yaşlı mütəxəssis Avro-2024-də İtaliya yığmasının məşqçilər heyətində yer alırdı.

Qolkiper karyerası ərzində “Parma”, “Yuventus” və PSJ-də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0