Çexiyalı futbolçu: “Qarabağ”ın keyfiyyətini nəzərə alsaq...”
24.08.2022 - 09:16
Çexiyalı futbolçu: “Qarabağ”ın keyfiyyətini nəzərə alsaq...”

“Bu, gerçəkləşən bir yuxudur”.

Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Viktoriya” klubunun yarımmüdafiəçisi Pavel Buxa Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

24 yaşlı orta sahə oyunçusu çətinliklə də olsa, geridönüş edə bildiklərini söyləyib: “Qrupa düşmək mövsümün əvvəlindən qarşımıza qoyduğumuz çətin hədəflərdən biri idi. Bütün ilkin mərhələlərdən keçdik. Bütün komanda buna layiq idi, əla iş çıxardıq. “Qarabağ”ın keyfiyyətini nəzərə alsaq, çox çətin oyun oldu. Yaxşı start götürdük, azarkeşlər əla idi, bizi irəli atdılar. Amma təəssüf ki, birinci hissənin sonlarında qol buraxdıq. Bu bizi bir az yerə yıxdı. Bu qədər çətin rəqiblə oyunu belə səviyyədə çevirə bilməyimiz inanılmazdır”.

Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk oyunda 0:0 hesabı qeydə alınıb. “Viktoriya” mübarizəni Çempionlar Liqasının, “Qarabağ” isə Avropa Liqasının qrupunda davam etdirəcək.

writer photo
Əlirza Əlirzalı
0