Türkiyə kubokunun “Başakşehir” - “Ankaragücü” matçında minimal hesablı nəticə qeydə alınıb.
Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda meydan sahibləri çətin qələbə qazanıblar. Birinci hissənin sonunda qırmızı vərəqə alan “Başakşehir” qalib gələ bilib. Qələbə qolu əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurulub.
Mərhələnin digər cütündə isə qapılara qol vurulmayıb. “Sivasspor” – “Fənərbaxça” görüşü 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, cavab qarşılaşmaları mayın 24-25-də keçiriləcək.
“Sivasspor” – “Fənərbaxça” – 0:0
“Başakşehir” - “Ankaragücü” – 1:0
İki oyunda bir qol
04.05.2023 - 23:48
0
0