Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
II Liqa XV tur
04.03.2024-cü il tarixində II Liqada XV turun “Ağdaş” – “Sheki City” oyununda “Ağdaş” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);
04.03.2024-cü il tarixində II Liqada XV turun “Ağdaş” – “Sheki City” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);
04.03.2024-cü il tarixində II Liqada XV turun “Ağdaş” – “Sheki City” oyununun 39-cu dəqiqəsində “Sheki City” klubunun 27 nömrəli futbolçusu Yusif Dilanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sheki City” klubu 150 manat cərimə edilir (maddə 39.1);
04.03.2024-cü il tarixində II Liqada XV turun “Şahdağ Qusar” – “Baku Sportinq” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);
04.03.2024-cü il tarixində II Liqada XV turun “Şahdağ Qusar” – “Baku Sportinq” oyununun 73-cü dəqiqəsində “Baku Sportinq” klubunun 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Baku Sportinq” klubu 50 manat cərimə edilir (maddə 36.5);
04.03.2024-cü il tarixində II Liqada XV turun “Şəfa” – “Lerik” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilir (maddə 37);
04.03.2024-cü il tarixində II Liqada XV turun “Şəfa” – “Lerik” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 73.1);
05.03.2024-cü il tarixində II Liqada XV turun “Qusar” – “Füzuli” oyununun 19-cu dəqiqəsində “Füzuli” klubunun 1 nömrəli qapıçısı Kamil Nəzərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Füzuli” klubu 80 manat cərimə edilir (maddə 41);
05.03.2024-cü il tarixində II Liqada XV turun “Dinamo” – “Şəmkir” oyununda “Dinamo” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37).