“Milan” heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az saytı xəbər verir ki, İtaliya təmsilçisi "Arsenal"ın hücumçusu Folarin Baloqunu transfer etməyə hazırlaşır.
İtalyanlar hazırda icarə əsasında Fransanın “Reyms”
klubunda çıxış edən 21 yaşlı ingilis üçün “topçular”la danışıqlara başlayıb. ABŞ millisində oynamağa qərar verən Baloqunun İtaliyaya köçməsinə əsas əngəl londonluların futbolçu üçün 30 milyon avro istəməsidir. “Milan” nümayəndələri qarşı tərəflə ortaq məxrəcə gələcəklərinə inanırlar.
Qeyd edək ki, “Arsenal”ın öz yetirməsi olan Baloqun 2022-ci ildən “Reyms”də çıxış edir. Bu mövsüm 37 matçda iştirak edən forvard 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.