İrina Zaretska: “Həmin zərbə mənə qələbə qazandırdı”
23.06.2023 - 20:38
İrina Zaretska: “Həmin zərbə mənə qələbə qazandırdı”

"Çox xoşbəxtəm. Karateçilərimiz 2 qızıl, 1 bürünc medal qazandılar. Hamını təbrik edirəm".

Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına III Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) deyib.

Analoji yarışda 3-cü mükafatını, 2-ci çempionluğunu əldə edən idmançı bildirib ki, final görüşü çətin alınıb: "Mənim üçün prinsipial rəqib idi. Son saniyələrdə dönərək ayaqla vurduğum zərbə mənə qələbə qazandırdı. Bakıdakı Avropa Oyunlarında da belə olmuşdu".

O, sonda Azərbaycanı çox sevdiyini söyləyib: "Hamınızı öpürəm".

writer photo
Əlirza Əlirzalı
0