“Real”ın 4 futbolçusu saxlanıldı – intim video səbəbindən
15.09.2023 - 14:34
“Real”ın 4 futbolçusu saxlanıldı – intim video səbəbindən

Madrid “Real”inın futbolçuları polis tərəfindən saxlanılıb.

Apasport.az saytı xəbər verir ki, buna səbəb paytaxt təmsilçisinin ikinci (“Kastilya”) və üçüncü (“Real” C) komandalarının üzvlərinin azyaşlı qızla intim videolarını yaymalarıdır.

“WhatsApp”la paylaşılan görüntülər internetə sızıb. Videoda ana 16 yaşlı qızını tanıyıb və polisə müraciət edib. Madrid təmsilçisi bu şikayət əsasında 4 futbolçusunun saxlanıldığı açıqlayıb. Amma hələlik hansısa yekun qərarın verilmədiyi bildirilir. 

Qeyd edək ki, “Real”ın C komandasının futbolçusu azyaşlı ilə öz razılığı əsasında sevgi yaşayıb. 

writer photo
Əlirza Əlirzalı
0