İsveç millisi Azərbaycanla oyuna qara sarğıyla çıxacaq
16.11.2023 - 15:41
İsveç millisi Azərbaycanla oyuna qara sarğıyla çıxacaq

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasıyla Bakıdakı matça İsveç millisinin futbolçuları qollarında qara sarğıyla çıxacaq.

Apasport.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. 

Onun sözlərinə görə, skandinavlar bununla bağlı UEFA-ya rəsmi müraciətlərinə müsbət cavab alıblar. Xatırladaq ki, bu, isveçlilərin keçən ayda Belçika yığmasıyla Brüsseldəki matçda öldürülən iki azarkeşə görə alınan qərardır.

Qeyd edək ki, Azərbaycan - İsveç matçı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0