İtaliyalı rekordunu təkrarlayıb
09.09.2024 - 09:15
İtaliyalı rekordunu təkrarlayıb

ABŞ Açıq çempionatının qalibi olan italiyalı tennisçi Yannik Sinner 47 ildən sonra rekordu təkrarlayıb.

Apasport.az xəbər verir ki, 23 yaşlı idmançı buna eyni mövsümdə ilk iki Böyük Dəbilqədə qələbə qazanmaqla nail olub.

O, yanvarda Avstraliya Açıq çempionatında da eyni nəticəni göstərmişdi.

Sinner Cimmi Konnors (1974) və Gilyermo Vilasdan (1977) sonra bunu bacaran üçüncü tennisçidir.

Qeyd edək ki, italiyalı idmançı ABŞ Açıq çempionatının finalında yerli tennisçi Teylor Fritsi məğlub edib - 3:0 (6:3, 6:4, 7:5).

writer photo
Əlirza Əlirzalı
0