Kadi Borqes üçün 400 min avroluq təklif
28.06.2022 - 11:21
Kadi Borqes üçün 400 min avroluq təklif

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes təklif alıb.

Apasport.az saytının İsrail mətbuatına istinadən məlumatına görə, braziliyalı hücumameyilli oyunçu Beer-Şeva “Hapoel”inin maraq dairəsindədir.

İsrailin yüksək liqa təmsilçisi hücum xəttini gücləndirmək üçün bir neçə futbolçu ilə danışıq aparır. Adıçəkilən komandanın transfer siyahısında yer alanlardan biri də Kadidir. “Hapoel” rəhbərliyinin 26 yaşlı “sambaçı” üçün hətta “Qarabağ”la danışıq apardığı da vurğulanıb. Yerli KİV-in iddiasına görə, İsrail klubu bu transfer üçün 400 min avroluq təklif göndərib.

Qeyd edək ki, Kadi Borqes ötən mövsüm 12 qolla Premyer Liqanın bombardiri olub. Onun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0