“Kəpəz” 1000 manat cərimə edilib
24.05.2024 - 13:34
“Kəpəz” 1000 manat cərimə edilib

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XXXV tur

18.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXV turun “Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

17.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXV turun “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 51.8);

19.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXV turun “Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

I Liqa XXVII tur

22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Şamaxı” – “Araz Saatlı” oyununda diktor PFL Əsasnaməsinin tələblərini pozduğuna görə “Şamaxı” klubu 50 manat cərimə edilir (maddə 80);

22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Şamaxı” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 80 manat cərimə edilir (maddə 51.2);

22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Şamaxı” – “Araz Saatlı” oyununun 83-cü dəqiqəsində “Araz Saatlı” klubunun 29 nömrəli futbolçusu Lamin Çam ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 36.5);

22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Difai Ağsu” – “Zaqatala” oyununun 33-cü dəqiqəsində “Zaqatala” klubunun 8 nömrəli futbolçusu Roini İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Zaqatala” klubu 300 manat cərimə edilir (maddə 40.3);

22.05.2024-cü il tarixində I Liqada XXVII turun MOİK – “İmişli” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK klubu 80 manat cərimə edilir (maddə 74.1);

22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Mingəçevir” klubu 100 manat cərimə edilir (maddə 72.4);

II Liqa XXVI tur

20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Dinamo” – “Sheki City” oyununun 90-cı dəqiqəsində “Dinamo” komandasının 11 nömrəli futbolçusu Şahin Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Dinamo” klubu 300 manat cərimə edilir (maddə 40.3);

20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Dinamo” – “Sheki City” oyununun 32-ci dəqiqəsində “Sheki City” komandasının 62 nömrəli futbolçusu Elnar Şabanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 41);

20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Dinamo” – “Sheki City” oyununun 90-cı dəqiqəsində “Sheki City” komandasının 99 nömrəli futbolçusu Sərcan Omarov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Sheki City” klubu 300 manat cərimə edilir (maddə 40.3);

20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Dinamo” – “Sheki City” oyununda “Sheki City” komandası oyunun ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);

20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Cəbrayıl” – “Füzuli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Cəbrayıl” klubu 80 manat cərimə edilir (maddə 51.2);

20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Cəbrayıl” – “Füzuli” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37);

20.05.2024-cü il tarixində II Liqada XXVI turun “Cəbrayıl” – “Füzuli” oyununda “Füzuli” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Füzuli” klubu 150 manat cərimə edilir (maddə 52.2);

21.05.2024-cü il tarixində II Liqada XXVI turun “Kür-Araz” – “Şəmkir” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kür-Araz” klubu 50 manat cərimə edilir (maddə 70.1);

21.05.2024-cü il tarixində II Liqada XXVI turun “Kür-Araz” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kür-Araz” klubu 100 manat cərimə edilir (maddə 72.4);

Əvəzedicilər liqası XXXV tur

19.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXV turun “Kəpəz-2” – “Zirə-2” oyununun 86-cı dəqiqəsində “Kəpəz-2” komandasının 20 nömrəli futbolçusu Mahir Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

19.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXV turun “Kəpəz-2” – “Zirə-2” oyununun 90+5-ci dəqiqəsində “Zirə-2” komandasının 27 nömrəli futbolçusu Tamerlan Burcəliyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Zirə-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);

20.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXV turun “Səbail-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Səbail-2” komandasının 97 nömrəli futbolçusu Oruc Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Səbail-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

20.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXV turun “Səbail-2” – “Neftçi-2” oyununun 64-cü dəqiqəsində “Səbail-2” komandasının 15 nömrəli futbolçusu Vüqar Həsənov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Səbail-2” komandası 150 manat cərimə edilir (maddə 39.1).

writer photo
Əlirza Əlirzalı
0