"Kəpəz" braziliyalı futbolçu transfer edib
22.08.2024 - 17:40
"Kəpəz" braziliyalı futbolçu transfer edib

"Kəpəz" heyətini yeni transferlə gücləndirib.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Keverton Resende Markolino karyerasını Qərb təmsilçisində davam etdirəcək.

23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı son olaraq vətənində "Herzilio Luz" klubunda çıxış edib. 

writer photo
Əlirza Əlirzalı
0