18 yaşlı futbolçu PSJ-də
26.01.2024 - 09:34
18 yaşlı futbolçu PSJ-də

PSJ heyətini gücləndirib.

Apasport.az xəbər verir ki, Fransa klubu "Korintians"ın yarımmüdafiəçisi Qabriel Moskardonu transfer edib.

Razılaşmaya əsasən, 18 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında Braziliya komandasında çıxış etməyə davam edəcək. Onun parislilərlə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

PSJ-nin braziliyalının keçidinə görə qarşı tərəfə  20+2 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, “Korintians” akademiyasının məzunu olan gənc futbolçu peşəkar karyerası ərzində 37 matçda iştirak edərək, 1 qol və 1 məhuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0