"Kəpəz" Küveyt klubu ilə qarşılaşacaq
22.07.2024 - 12:57
"Kəpəz" Küveyt klubu ilə qarşılaşacaq

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Kəpəz" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq. Qəbələdə keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Kəpəz" bunadək 2 yoxlama oyunu keçirib. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub. 

writer photo
Əlirza Əlirzalı
0