"Kəpəz" - "Neftçi" matçında qalmaqal: Polis müdaxilə etdi
09.03.2024 - 16:08
"Kəpəz" azarkeşlərindən biri polislər tərəfindən meydançadan uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, azarkeşin AFFA nümayəndəsi ilə mübahisə etməsi buna səbəb olub.
AFFA nümayəndəsi Məmmədəli Məmmədovla "Kəpəz" fanatı arasında mübahisə yaşanıb. Hadisənin daha da böyüməməsi üçün polislər azarkeşi tribunadan uzaqlaşdırıblar.
Qeyd edək ki, Premyer Liqanın 26-cı turunda "Kəpəz" Tovuz şəhər stadionunda "Neftçi"ni (1:1) qəbul edir.
0
0