“Kəpəz” “Qəbələ” ilə qarşılaşacaq
26.12.2023 - 15:38
“Kəpəz” “Qəbələ” ilə qarşılaşacaq

“Kəpəz”in qış hazırlıq planı dəqiqləşib.

Apasport.az xəbər verir ki, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.

Komanda çempionatın ikinci hissəsinə hazırlığı Gəncədə keçirəcək. "Sarı-göylər" yanvarın 4-də şəhər stadionunda bir araya gələcəklər. 

Təlim-məşq toplanışı dövründə komanda bir neçə yoxlama oyunu keçirəcək. Rəqiblərdən ikisi bəllidir. “Kəpəz” elita klublarından "Qəbələ" və "Araz-Naxçıvan" ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq yanvarın 10-u və 15-i tarixlərinə təyin olunub.  

Qeyd edək ki, yoxlama matçlarının yeri və saatı dəqiqləşməyib.
 

writer photo
Əlirza Əlirzalı
0