Türkiyə kubokunda yarımfinal cütlükləri müəyyənləşib
01.03.2024 - 10:36
Türkiyə kubokunda yarımfinal cütlükləri müəyyənləşib

Ziraat Türkiyə Kubokunda yarımfinal cütlükləri bəlli olub.

Apasport.az xəbər verir ki, "Ankaragücü", "Trabzonspor", "Beşiktaş" və "Karagümrük" rəqiblərini üstələyərək yarımfinala yüksəlib.

Bu qarşılaşmalarda məğlub olan "Fənərbaxça", "Başakşehir", "Konyaspor" və "Qalatasaray" kubokla vidalaşıb.

İkili oyun üsulu ilə keçiriləcək yarımfinalda "Beşiktaş" "Ankaragücü" ilə qarşılaşacaq. “Trabzonspor” isə finala çıxmaq üçün "Karagümrük"lə mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0