“Kəpəz” vitse-kapitanını “dubl”a göndərdi - SƏBƏB
14.10.2022 - 22:21
“Kəpəz” vitse-kapitanını “dubl”a göndərdi - SƏBƏB

“Kəpəz” vitse-kapitanı Əli Səmədovu əvəzedici heyətə göndərilib.

Apasport.az saytı xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, futbolçu potensialından zəif çıxış etdiyi üçün bir müddət "dubl"da oynayacaq.

Qeyd edək ki, daha öncə Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev də “Kəpəz”in əsas heyətindən uzaqlaşdırılıb və o, əvəzedici komandada oynayır. 
 

writer photo
Əlirza Əlirzalı
0