"Kəpəz"i meydana o çıxaracaq
30.08.2024 - 11:19
Premyer Liqada mübarizə aparan "Kəpəz" klubunda müvəqqəti təyinat baş tutub.
Apasport.az xəbər verir ki, kollektiv Xaliq Mərdanova tapşırılıb.
Qərb təmsilçisini "Sabah" ilə oyuna əvəzedici heyətin baş məşqçisi hazırlayacaq. Mütəxəssis çempionat matçında da kollektivi meydana çıxaracaq.
Qeyd edək ki, "Kəpəz" rəhbərliyi dünən baş məşqçi Adil Şükürovla qarşılıqlı razılıq əsasında yolları ayırıb.
0
0