“Kəpəz”in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib.
- "Kəpəz" mövsümün ikinci yarısına neçə faiz hazırdır?
- Faizlə bilmirəm. Yəqin ki, baş məşqçi bunu deyə bilər. Amma onu deyə bilərəm ki, bu vaxt ərzində çox yaxşı işlədik. Məni narahat edən yeganə məsələ turnir cədvəlindəki vəziyyətdir. Prinsipcə, çempionatın ilk yarısını pis başa vurmadıq.
- Komanda ikinci yarının hazırlığını Gəncədə keçdi. Yoxlama görüşü sarıdan əziyyət çəkdiz?
- Məşq prosesi üçün yaxşı şəraitimiz var, təbii ot örtüyü olan iki meydançaya sahibik. Ona görə də futbol akademiyasının açılışını gözləyirik. Onda daha da yaxşı olacaq. “Qəbələ” ilə yoxlama görüşünü yaxşı keçirdik. Təbii ki, səhvlər oldu, amma müsbət məqamlar da az deyildi. Hava şəraitinə görə keçirməli olduğumuz bir oyun təxirə düşdü. Çünki Gəncəyə çox qar yağmışdı. Heyf ki, ikinci oyunu keçirə bilmədik. Amma məşqçilər korpusunun bizdən tələb etdiyi hər şeyi etdik.
- Qış fasiləsindən sonra ilk görüşünüzü bu gün "Turan Tovuz"a qarşı keçirəcəksiz. Bu isə qərb derbisi adlanır. Ümumiyyətlə, bu iki komandanın oyununda derbi ab-havası hiss edilir?
- Keçən il “Turan Tovuz”la gərgin oyunlarımız oldu. Onlara 0:4 hesabı ilə uduzduğumuz zaman bunun derbi matçı olduğunu çox yaxşı hiss etdim. Həqiqətən Tovuzda oynamaq çox çətindir. Çünki azarkeşləri çoxdur, komandalarına əsl enerji verirlər. Yaxşı oyun olacaq.
- Qəbələdə "Turan Tovuz"u məğlub edə biləcəksiz? Bu mövsüm onlara qarşı oyununuz heç də uğurlu alınmayıb...
- Təbii ki, qalib gələ bilərik. Amma bu komanda ilə hər zaman son dəqiqəyə qədər konsentrasiyan yüksək səviyyədə olmalıdır. Son matç da bunu təsdiqlədi. Biz hissənin sonunda və əvvəlində bağlandıq, sonra açıldıq və rəqib buna görə bizi cəzalandırdı.
- Ev oyunlarınızı Tovuzda keçirsəniz də, "Turan Tovuz"la görüşünüz Qəbələyə keçirilib. Bu isə, ev oyununu səfər ab-havasında keçirməmək üçün atılıb. Bununla bağlı nə deyəcəksən?
- Təbii ki, Tovuzda oynamaq çox çətindir. Amma bu, yəqin ki, rəhbərliyin qərarıdır. Mən yalnız bu yaxınlarda bildim ki, onlarla ev oyunumuzu Qəbələdə oynayacağıq. Amma bildiyimə görə, qarşıdakı bir neçə oyunu Qəbələdə keçirəcəyik.
- Mövsümün ikinci yarısında daha güclü "Kəpəz" görəcəyik, yoxsa maksimum gücünüzü Premyer Liqada qalmaq uğrunda istifadə edəcəksiz?
- İnanıram ki, son vaxtlar biz daha da güclənmişik. Daha yüksək yerlər uğrunda mübarizə aparmaq üçün stabil olaraq xallar toplamalıyıq. Ən vacib yerlər avrokuboklarda oynamaq imkanı verən yerlərdi. Qalan yerlərin isə fərqi yoxdur, ya 5-ci, ya 9-cu. Çünki bundan heç nə əldə etmirsən.
- Adil Şükürovun baş məşqçi postuna gəlişindən sonra komandada işlərin qaydasına düşdüyü görünür…
- Baş məşqçimiz və onun köməkçiləri çox güclü mütəxəssislərdir. Düşünürəm ki, hamı onun gəlişi ilə daha yaxşı oynamağa başladığımızı hiss etdi. Premyer Liqada qalacağımıza inanıram. Amma rəqiblərimizə də hörmətlə yanaşıram. Mövsümün sonunda turnir cədvəli nəyə layiq olduğumuzu göstərəcək.