"Qalatasaray"da Kerem Aktürkoğlu müəmması davam edir.
Apasport.az xəbər verir ki, "Konyaspor"la qarşılaşmada bir qol, bir məhsuldar ötürmə edən futbolçu bir daha diqqətləri öz üzərinə çəkib.
Türkiyə mətbuatının iddiasına görə, Rusiya təmsilçisi "Spartak Moskva" Kerem üçün ödəyəcəyi pulun miqdarını artırıb. Futbolçu özü isə karyerasını Avropada davam etdirmək istəyir.
Digər tərəfdən son matçdakı performansı və İkardi ilə səmimi kadrlar gənc ulduzun komandada qalmaq ehtimallarının olduğunu göstərir. Mediada iddia edilirdi ki, Kerem Barış Alper Yılmazla da davalıdır. Lakin son qarşılaşmadan sonra futbolçular bir-birilərini qucaqladıqları şəkli paylaşaraq dedi-qodulara son qoyublar.
Qeyd edək ki, Aktürkoğlu bu vaxta qədər "sarı-qırmızıların" heyətinə 176 matça çıxıb, 45 qol vurub.