Kevin Medina: “Bu cür oyunları çox sevirik”
25.10.2023 - 23:07
Kevin Medina: “Bu cür oyunları çox sevirik”

“Rəqibimizin bu mövsüm göstərdiyi performans göz qabağındadır. Bundesliqanın turnir cədvəlindəki mövqeləri də bunu göstərir”. 

Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Kevin Medina Avropa Liqasında “Bayer”ə qarşı keçiriləcək oyundan əvvəl deyib.

Mətbuat konfransında iştirak edən təcrübəli müdafiəçi rəqibin gücünə bələd olduqlarını bildirib: “Amma biz də çox yaxşı hazırlaşmışıq. Azərbaycan xalqı bizdən layiqli oyun gözləyir. Onların gücünü bilirik. Biz də bu cür oyunları çox sevirik. Bacardığımızı göstərməyi çox istəyirik. Ümid edirəm bizə bəslənən ümidləri doğruldacağıq. Qənaətbəxş nəticə ilə qayıdacağımıza inanıram”.

writer photo
Əlirza Əlirzalı
0