Kikboksinq və Sambo Federasiyasında sabiq vitse-prezidenti barəsində cinayət işi başlanıldı
25.05.2022 - 10:14
Kikboksinq və Sambo Federasiyasında sabiq vitse-prezidenti barəsində cinayət işi başlanıldı

Azərbaycan Kikboksinq və Sambo Federasiyasında sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlu (Səbuhi Rəcəb) barəsində cinayət işi başlanıb.

APA-nın xəbərinə görə, idmançı 3 nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Cinayət işi ilə bağlı ittiham olunan şəxs və zərərçəkmişlərin ifadələri alınıb.

Səbuhi Rəcəb ətrafında aparılan araşdırmalar nəticəsində ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yekun ittiham verilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Səbuhi Sədəf əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə sabiq vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib.

O həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyasından deputatlığa namizəd olub.
 

writer photo
Əlirza Əlirzalı
0