Kimmix qalır, yoxsa GEDİR?
29.03.2024 - 20:32
"Bavariya"nın direktoru Maks Eberl Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq yarımmüdafiəçi Coşua Kimmixin gələcəyi barədə danışıb.
Apasport.az xəbər verir ki, almaniyalı funksioner futbolçunun klubda qalmasının baş məşqçi seçimindən asılı olacağını bildirib:
"Kimmix bizə klubun yeni baş məşqçisinin kim olacağını bilmək istədiyini söyləyib. Onun qalmaq istəyəcəyini görəcəyik. Coşua gələcəyi ilə bağlı qərarı özü verəcək".
0
0