Krakov-2023: Atletimiz 12-ci yeri tutdu
20.06.2023 - 15:00
Krakov-2023: Atletimiz 12-ci yeri tutdu

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti mübarizəyə qoşulub.

Aleksey Əliəkbərov kişilərin 100 m məsafəyə qaçışında çıxış edib. O, finişə 11,23 saniyəyə çatıb.

Aleksey B qrupundakı 6 iştirakçı arasında 4-cü olub. İdmançımız yarışı 11-ci yerdə başa vurub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 
 

writer photo
Əlirza Əlirzalı
0