Krakov-2023: Məmmədov 2-ci oldu
20.06.2023 - 12:40
Krakov-2023: Məmmədov 2-ci oldu

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir təmsilçisi mübarizəyə qoşulub.

Cavid Məmmədov kişilərin 400 m məsafəyə qaçışında çıxış edib. O, finişə 49,58 saniyəyə çatıb. 

Cavid B qrupundakı “altılıq”da 2-ci olub.  Şəxsi rekorduna imza atan atletimiz iki qrupun yekununda da 10-cu yeri tutub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 

writer photo
Əlirza Əlirzalı
0