Fatih Terim “Panatinaikos”un başına keçir
26.12.2023 - 16:36
Türkiyəli məşqçi Fatih Terim Yunanıstanda işləyə bilər.
Apasport.az xəbər verir ki, Afina klubu “Panatinaikos” "imperator"un xidmətində maraqlıdır.
Yayılan məlumatlara görə, artıq tərəflər arasında danışıqlar da baş tutub. İlkin razılıq da əldə olunub.
Türkiyə mətbuatının iddiasına görə Terim xəbəri təsdiqləyib və sabah rəsmi müqavilə üçün Yunanıstana gedəcəyini bildirib.
Yunanıstan təmsilçisi Fatih Terimə 6 ay + 1 illik sözləşmə təklif edib.
Qeyd edək ki, “Panatinaikos”un basketbol komandasını türkiyəli məşhur məşqçi Ergin Ataman çalışdırır.
0
0