Legionerimizin ayağı sındı, mövsümü başa vurdu
24.12.2022 - 13:52
Legionerimizin ayağı sındı, mövsümü başa vurdu

Azərbaycan millisinin üzvü İlya Kostov İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının “downhill” növü üzrə yarışı zamanı ayağının sınması ilə nəticələnən xəsarət alıb. 

Apasport.az saytının məlumatına görə, aldığı zədə səbəbindən  milliləşdirilən xizəkçi mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.

Zədələnmədən bir gün öncə atletimiz İtaliyanın Pila kurortunda FIS təqvimindən keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən olan 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.
 

writer photo
Əlirza Əlirzalı
0