Lens Strollun bolidinin ön hissəsi qopdu
11.06.2022 - 18:33
Lens Strollun bolidinin ön hissəsi qopdu

“Formula-1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza olub.

Apasport.az saytının məlumatına görə, hadisə sıralama turu zamanı yaşanıb.

“Aston Martin”in pilotu Lens Stroll qəza törədib. Onun bolidi baryerə dəyib və məşqi dayandırıb. Bu səbəbdən qırmızı bayraq qaldırılaraq fasilə yaranıb. Qəza zamanı Strollun bolidinin ön hissəsi qopub.

Qeyd edək ki, “Formula-1”də Azərbaycan Qran-prisi sabah keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0