“Bavariya” DÇ-2022-nin bitməsini gözləyir
27.10.2022 - 11:44
“Bavariya” DÇ-2022-nin bitməsini gözləyir

“Bavariya” futbolçusu Erik-Maksim Şupo-Motinqlə müqaviləni uzatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, hücumçu ilə danışıqlar DÇ-2022-dən sonra başlayacaq.

Kamerun millisinin üzvü Qətərdəki mundialdan qayıtdıqdan sonra anlaşma müzakirə olunacaq. 33 yaşlı futbolçu ilə həm maaş, həm sözləşmənin müddəti baxımından ortaq məxrəcə gəlməyin asan olmayacağı gözlənilir.

Qeyd edək ki, Erik-Maksimin indiki müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0