"Ludoqorets"in baş məşqçisi: "Futbolçularım heç nədən qorxmurlar"
12.08.2024 - 15:53
"Ludoqorets"in baş məşqçisi: "Futbolçularım heç nədən qorxmurlar"

"Birmənalı şəkildə deyə bilərəm ki, "Qarabağ" beynəlxalq arenada böyük təcrübəyə malik komandadır".

Apasport.az xəbər verir ki, bunu "Ludoqorets"in baş məşqçisi Georgi Dermendiyev deyib.

Bolqar mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la sabah keçiriləcək cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb: "Bizim heyətimizdə çox sayda futbolçu var və sabah matçı Bernard Tekpetey olmadan keçirməliyik. Onun çox ciddi zədəsi var. "Qarabağ"la səfərdəki ilk oyunda futbolçularımı daha yaxından tanıdım. Onlar heç nədən qorxmur və hər görüşdə qol vururlar. Bu, bizim üçün həddən artıq vacib, amma çox da çətin matçdır. Futbolçularımız yaxşı formadadırlar. Hazırda bu matçı düşünürük, "Levski" ilə görüşü sonra fikirləşəcəyik".

Baş məşqçi "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov barədə də danışıb: "Qarabağ" hərtərəfli güclü olan Avropa komandasıdır. Mən bu komandanı, tarixini və baş məşqçisini, onun işini bilirəm. O, böyük peşəkardır".

Qeyd edək ki, sabah keçiriləcək "Ludoqorets" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0