"Qarabağ"ın qapıçısı Andrey Lunyov ən yaxşı Rusiya klubunun adını açıqlayıb.
Apasport.az xəbər verir ki, qolkiper qonşu ölkədə favorit saydığı klubun adını söyləyib. O, bildirib ki, Premyer Liqada "Zenit"i üstün sayır:
“Zenit”də Malkomdan başqa kifayət qədər təcrübəli futbolçular var. Ona görə də komandanın geriləməsini onun gedişi ilə bağlamaq düzgün deyil. Bu haqda çox eşitmişəm, amma bunlar sadəcə məni güldürür. Malkolm lazımi anlarda böyük kömək göstərən futbolçudur, Lakin o, oyunu öz üzərində quran futbolçu deyil. "Zenit"də onun kimi kifayət qədər futbolçu var".
Qeyd edək ki, "Zenit" Rusiya Premyer Liqasında 18 oyundan sonra 36 xalla 2-ci pillədə qərarlaşır.