Mahir Emreli: “Bunun adı həm qürur, həm uğurdur”
14.06.2022 - 14:59
Mahir Emreli: “Bunun adı həm qürur, həm uğurdur”

Millətlər Liqasının qrup mərhələsində Belarus üzərində qələbənin memarı Mahir Emreli sosial şəbəkədə paylaşım edib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 1 qol, 1 assist edən 25 yaşlı hücumçu buna münasibət bildirib.

Zaqreb “Dinamo”sunun forvardı instaqram səhifəsindəki paylaşımında “Dalğa Arena”dakı qalibiyyətin əzmkarlıq sayəsində əldə edildiyini vurğulayıb: “Bunun adı həm qürur, həm uğurdur. Mübarizə, əzmkarlıq möhtəşəm”.

Matçın qəhrəmanı olan Mahiri sosial şəbəkə vasitəsilə bir çox tanınmış sima təbrik edib. Təbriklərin çoxu idman ictimaiyyətinin nümayəndələri tərəfindən olub. Həmçinin futbolçunun klubu Zaqreb “Dinamo”su və tanınmış müğənni İradə İbrahimova da paylaşımı ilə qələbəyə biganə qalmadığını göstərib.

Qeyd edək ki, 4 turdan sonra Azərbaycan yığması 4 xalla C liqasının III qrupunda 3-cü pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0