Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin “Nürnberq”dəki taleyi bəlli olub.
Apasport.az saytına verilən məlumata görə, mövsümün əvvəlində tərəflər arasında aparılan danışıqlara əsasən, yığmamızın forvardının “Nürnberq”də daha bir il qalması klubun Bundesliqaya yüksəlməsindən asılı olacaq.
Belə ki, mövsüm öncəsi Mahir “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Danışığa əsasən, bu komanda birinci Bundesliqaya yüksələrsə, Emreli komandada qalacaq, yüksəlməsə komandadan ayrılacaq.
Lakin əldə etdiyimiz məlumata görə, Miroslav Kloze Emreli ilə danışıqdan sonra onu komandada qalmağa razı sala bilib. Belə ki, “Nürnberq” yüksək liqaya çıxa bilməsə də, Kloze qalacağı təqdirdə, Emreli komandada qalacaq və yeni sezonda da elitaya çıxmaq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Mahir yayda Almaniya klubuna transfer olunub.