Mahir Emrelinin “Hatayspor”a keçidi necə təxirə düşdü?
01.02.2024 - 20:04
Mahir Emrelinin “Hatayspor”a keçidi necə təxirə düşdü?

“Dinamo” və Azərbaycan milli komandasının forvardı Mahir Emreli hazırda müalicəsini davam etdirir. 

Apasport.az saytına verilən məlumata görə, Zaqreb klubunun üzvü “Hatayspor”la bütün şərtlərdə razılaşıbmış.

Hətta Türkiyə klubu tibbi müayinədən keçmək üçün hansı günə təyyarə bileti almağı da Mahirlə müzakirə edib.

Lakin Emrelinin zədələnməsi bu keçidi təxirə salıb.

Onun yayda “Hatayspor”a keçidinin baş tutacağı gözlənilir. 

Qeyd edək ki, milli komandamızın üzvü Türkiyə Birinci Liqa təmsilçisi “Kocaelispor”un cəlbedici təklifindən də imtina edib.

Buna səbəb onun aşağı liqada oynamamaq istəyidir.

Əlavə edək ki, Emrelinin Xorvatiya nəhəngi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0