"Mançester Siti" dünya çempionu oldu
23.12.2023 - 00:16
"Mançester Siti" dünya çempionu oldu

İngiltərə Premyer Liqa təmsilçilərindən “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.

Apasport.az xəbər verir ki, "şəhərlilər" finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.

Qvardiolanın yetirmələri Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.

Qeyd edək ki, Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0