Maquayr: "Yalnız Messi və Ronaldo karyeralarında eniş yaşamayıb"
08.12.2022 - 23:23
Maquayr: "Yalnız Messi və Ronaldo karyeralarında eniş yaşamayıb"

“Mançester Yunayted və İngiltərə millisində fərqli təzyiqlərin olduğunu düşünmürəm. İngiltərə dünyanın ən böyük turniri olan dünya çempionatında oynayır deyə təzyiq var".

Apasport.az xəbər verir ki, bunu İngiltərə millisinin mərkəz müdafiəçisi Hari Maquayr yığma və klubda oynayarkən yaranan təzyiqdən danışıb. 

O həmçinin bu il zəif performans göstərdiyini etiraf edib: “Mançester Yunayted”də mən daha çox nəzarət altındayam. Etdiyim hər şey təhlilə məruz qalır. Buraxılan hər qol müdafiəçinin günahıdır. 3 il hər tur oynadım, amma ötən il kifayət qədər yaxşı olmadı. Komandada hər kəs kifayət qədər yaxşı oynamadı və biz nəzarət altında idik. Mövsümün sonunda heç kim təriflənmədi. Ötən il çətin keçdi və əvvəlki 5 ildəki kimi, yaxşı oynamadım. Ancaq düşünürəm ki, karyeralarında yalnız Lionel Messi və Kriştianu Ronaldo eniş yaşamayıblar".

Qeyd edək ki, 29 yaşlı futbolçu 2019-cu ilin avqustunda “Mançester Yunayted”ə keçib. O bu mövsüm İngiltərə klubunun heyətində cəmi 9 oyuna çıxıb və qol vurmayıb.

writer photo
Əlirza Əlirzalı
0