Marko Veşoviç: “Qarşılaşmaya tam hazırıq və motivasiyalıyıq”
07.09.2022 - 21:46
Marko Veşoviç: “Qarşılaşmaya tam hazırıq və motivasiyalıyıq”

“Sabahkı oyunu böyük həvəslə gözləyirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç deyib.

O, Avropa Liqasının qrup mərhələsinin I turunun “Frayburq”la Almaniyadakı oyunu ərəfəsində mətbuat konfransında sabah baş tutacaq matç barədə fikirlərini açıqlayıb: “Bu oyuna hazırıq. “Frayburq” Bundesliqanın lideridir. Onların oyunlarını izləmişik. Analiz etmişik. Artıq 8 oyun keçirmişik. Avropa təcrübəmiz var. Yaxşı oynamağa çalışacağıq. Bilirik ki, rəqib “Böyük beşlik” liqalarından birində liderdir. Bizə əlavə motivasiya lazım deyil. Qarşılaşmaya tam hazırıq və motivasiyalıyıq”.

Qeyd edək ki, “Frayburq” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0